Avropa İttifaqı Şurası 18 il sonra Bolqarıstan və Rumıniyanın Şengen Sazişinə qoşulmasını təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında deyilir.
Hər iki ölkə yanvarın 1-dən Şengen Sazişinə qoşulacaq.
“Aİ Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın Şengen zonası ilə quru sərhədlərində nəzarətin ləğvini təsdiqləyib”, – sənəddə qeyd edilir.
2024-cü ilin martında Bolqarıstan və Rumıniya hava və su nəqliyyatında pasport nəzarətini ləğv edərək Şengenə qismən daxil oldular.
Azpost.info