AZ

İrandan SEPAH komandirlərinin Suriyanı təcili tərk etməsi xəbərinə reaksiya

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"SEPAH-ın övladları (üzvləri) Suriyada müqavimət xəttini tərk edən sonuncu şəxslər olub".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami bəyan edib.
Onun sözlərinə görə, Suriya ABŞ və İsrailə qarşı hər zaman müqavimət vəziyyətində olub.
"Digər tərəfdən, Suriya bu illər ərzində müqavimət qüvvələri üçün sığınacaq kimi fəaliyyət göstərib", - deyə Salami əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə "The Washington Post" qəzeti müxalif qüvvələrin Dəməşqə sürətlə irəliləməsi səbəbindən İranın SEPAH komandirlərini Suriyadan təcili çıxardığını açıqlamışdı.
Seçilən
10
9
oxu.az

10Mənbələr