AZ

"Messinin gəlişi futbolumuza heçnə vermədi amma..." - Millinin sabiq üzvü NƏLƏRİ DANIŞDI?

Ötən gün dünya futbolun məşhur simaları, Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Onlar "Bakı Kristal Zalı"nda pərəstişkarları ilə xeyriyyə tədbirində görüşüb əyləndilər. Eyni zamanda, Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də izlənilib. Bunlar çox gözəl, bəs görəsən Messinin Bakıya gəlişi milli futbolumuza nə kimi xeyri oldu? Mövzu ilə bağlı SİA olaraq Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanovun fikrini öyrəndik.

Onun sözlərinə görə, Messinin gəlişi futbolumuza heçnə vermədi, amma Messi azerkeşləri ücün yaxşı bir hal oldu: "Onlar öz sevimli futbolçusunu gördülər. Düşünürəm ki bu reklam xarakterli idi. Futbolun inkişafı ilə bunun heç bir əlaqəsi yoxdur. Bütün dünyada bu əfsanəvi futbolçuya diqqət və maraq var. Ölkəmizdə də Messiyə aşırı diqqətin ayrılması hər hansısa bir futbolçunun ruhdan düşməsinə səbəb ola bilməz. Tam əksi stimul yarada bilər. Amma ümumilikdə götürəndə Messi gəlib bizim futbola bir fayda vermədi əslində verə də bilməz. Çünki, onun işi bizim futbola fayda vermək deyil, sadəcə olaraq gəlib özünün fanat ordusu ilə görüşmək idi. Biz ölkə olaraq bunu etdik, buna şərait yaratdıq amma futbolda inkişaf bu formada getmir. Bu sadəcə olaraq reklam xarakterli bir addım idi".

Ceyhun Sultanov əlavə edib ki, belə futbolçuların Azərbaycana gəlməyi yaxş bir haldır: "Aşağı-yuxarı bütün futbol ölkələri Messinin hansı ölkədə olduğunu bildilər. Mənə görə reklam üçün yaxşı bir hal idi amma Azərbaycan futboluna xeyri dəyəcək hadisə deyildi".

Ülkər Rəhmanqızı

Seçilən
39
5
sia.az

7Mənbələr