ABŞ-nin Azərbaycandakı Səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcək.
“Qafqazinfo” noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.
Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.
Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.
Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.