AZ

"Beşiktaş" heyətini Səudiyyə Ərəbistanında çıxış edən futbolçu ilə gücləndirəcək

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-İttihad"da çıxış edən Luis Felipeni transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" Braziliya əsilli italiyalı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.

"Əl-İttihad" Luis Felipeni legioner limitinə görə heyətdən kənarlaşdırılıb. Klub yanvar ayında 27 yaşlı futbolçunun müqaviləsini ləğv etməyi düşünür. Türkiyə klubu bu amili nəzərə alaraq arxa xətt oyunçusunu qışda pulsuz transfer etməyə ümid edir.

Qeyd edək ki, "Əl-İttihad" Luis Felipeni ötən ilin yayında "Betis"dən 22 milyon avroya transfer edib. İtaliya millisinə də dəvət alan təcrübəli futbolçu bu mövsüm cəmi 1 rəsmi matçda iştirak edib.

UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib

Nuri Şahin: “Bu nəticəni qəbul etmək çətindir"

Çempionlar Liqası: Daha 2 klub növbəti mərhələ şansını itirdi

Lionel Messinin Bakı səfəri başa çatıb

Salah “Liverpul" tarixinə düşüb

Seçilən
21
2
apasport.az

3Mənbələr