Aktual.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"İsrail cihadçı qrupların bu boşluğu doldurmasına və 7 oktyabr hücumları formasında Qolan təpələrində İsrail yaşayış məntəqələrinə təhlükə yaratmasına icazə verməyəcək. Bu səbəbdən ordu-bufer zonaya daxil olaraq, İsrail sərhədinə yaxın strateji yerləri nəzarətə götürüb. Bu, (Suriyada) 1974-cü il müqaviləsinə sadiq qüvvələr hakim olana və sərhədimizdə təhlükəsizlik təmin edilənə qədər müvəqqətidir”, - Netanyahu bildirib.