AZ

İsrail Suriyanın hərbi potensialını ləğv etdiyini açıqlayıb

İsrail Suriya Ərəb Respublikasının (SAR) radikalların əlinə keçməsinin qarşısını almaq üçün onun hərbi potensialını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat verib.

Vurğulanır ki, İsrail Suriya Ordusunun strateji silahlarının “məsuliyyətsiz və radikal birləşmələrin əlinə keçməsinə” imkan vermək niyyətində deyil. 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Ordusunun (IDF) qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonasına daxil olması və onu tamamilə zəbt etməsi barədə göstəriş verib.

Gülayə Mecid 

Seçilən
63
1
unikal.az

10Mənbələr