Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.
Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.
Oxu24.com xəbər verir ki, idman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.
Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:
“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.
Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə. Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.
N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz.
“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ…
Adnan Əhmədzadə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.
Adnan Əhmədzadə Kimdir?
Adnan Əhmədzadə Azərbaycanın tanınmış ictimai, biznes və idman xadimlərindən biridir. O, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində müxtəlif mühüm vəzifələrdə çalışmışdır və eyni zamanda beynəlxalq əlaqələrdə rol oynamışdır.
Karyerası və İdarəetmə Təcrübəsi
Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutmuşdur:
2006-2007-ci illər: Nəqliyyat və Ekspedisya Departamentinin müavini;
2007-2008-ci illər: Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri;
2008-2010-cu illər: İqtisadi Əməliyyatlar Departamentinin müavini;
2010-2019-cu illər: SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru;
2018-ci il: SOCAR Treydinqin icraçı direktoru;
2019-cu il: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini.