AZ

Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb (FOTO)

Madrid. Trend:

Azərbaycan Respublikasının Milli Məclisinin (parlament)deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri, Parlamentlərarası İttifaqın (InterparliamentaryUnion) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova İspaniyanınpaytaxtı Madriddə beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqrafQervasio Sançezin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamışhekayələri” adlı fotojurnalının təqdimat mərasimində iştirakıçərçivəsində İspaniya parlamentariləri ilə görüşüb.

Trend xəbər verir ki, o,ATƏT-in Parlament Assambleyasındakı İspaniya nümayəndə heyətininüzvləri – senator Pere Joan Pons Sampietro, deputatlar RikardoTarno Blanko və Artemi Rallo Lombarte, eləcə də vəkil İqnasiyoQutyerres Kassilyasla görüşüb.

Bundan başqa, deputat Ramon Llull Universitetinin beynəlxalqmünasibətlər üzrə professoru, doktor Jordi Şukla və İspaniyaDeputatlar Konqresinin üzvü Aqustin Konde Baeno ilə məhsuldargörüşlər keçirib.

S. Mikayılova həmçinin, Azərbaycan və İspaniya arasındaparlamentlərarası əlaqələrin aktual məsələlərini “VOX” siyasiqrupunun üzvü, Deputatlar Konqresinin beynəlxalq əlaqələrkomitəsinin üzvü Karlos Flores Juberiya ilə müzakirə edib.

Görüşlər zamanı, xüsusilə, bu ilin noyabr ayında Bakıdakeçirilmiş COP29-un uğurlu təşkilatı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın sədrliyi ilə keçirilən bu konfransdaqəbul edilən mühüm qərarlar iqlim dəyişikliyi ilə mübarizə üzrəqlobal hədəflərin reallaşmasına əhəmiyyətli töhfə verəcək.

Milli
Milli
Milli
Seçilən
26
3
az.trend.az

4Mənbələr