AZ

Rusiyada azərbaycanlı iş adamı SAXLANILDI –FOTO

Rusiyada azərbaycanlı iş adamı, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan biznesmen “Dələduzluq” maddəsi ilə şübhəli bilinir.

Güman edilir ki, biznesmenin saxlanılması futbolla bağlı deyil. O, Moskva vilayətindəki tikinti biznesi ilə bağlı tutulub. Belə ki, iş adamı dekabrın 10-dan tanışları və həmkarları ilə əlaqə saxlamayıb. Həmin gün onun şirkətlərinin ofislərində axtarışlar aparılıb.

Məlumata görə, Sadıqovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. O hazırda istintaq təcridxanalarından birində saxlanılır.

Seçilən
18
1
gundem.az

2Mənbələr