AZ

Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq - Kaxa Kaladzedən VƏD

"Mən ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, mütləq sülh və inkişaf olacaq, ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaq".

Bizim.Media xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze videomüraciətində bildirib.
 

O, ölkə daxilində və xaricində bəzi qüvvələrin xaos yaratmağa cəhd etdiyini bildirib.


Qeyd edək ki, ölkədə etirazlar baş nazir Kobaxidzenin hakimiyyət orqanlarının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropa yardımından imtina etdiyini bəyan etdikdən sonra başlayıb.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr