AZ

Kaladze: Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq

Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze videomüraciətində deyib.

O, ölkə daxilində və xaricində bəzi qüvvələrin xaos yaratmağa cəhd etdiyini qeyd edib.

"Mən ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, mütləq sülh və inkişaf olacaq, ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaq", - Kaladze vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də ölkəsinin Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını açıqlayıb. Bu açıqlamadan sonra keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanılıb.

“Cebheinfo.az”

Seçilən
27
13
cebheinfo.az

10Mənbələr