AZ

Blinken Suriya üçün Ankaraya gəlir: Türkiyə Əsəddən sonrakı proseslərdə söz sahibi olacaq...

"MİT Başkanı İbrahim Kalın Dəməşqə səfəri əhəmiyyətlidir. Bu Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir. Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Suriya hökumətini yeni problemlər gözləyir: " Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var. Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib".

E.Şahinoğlunun fikrincə, bu Türkiyənin də xeyrinədir: "Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər. Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".

Seymur,

Sitat.info 

Seçilən
17
3
sitat.info

8Mənbələr