AZ

Tibbdə ilk: Döyünən ürək köçürüldü

İtaliyada ilk dəfə olaraq dünyada ürək döyünən halda transplantasiya olunub.

“Medicina” xəbər verir ki, İtaliyanın Padue universitetinin kardiocərrahı Cino Ceroza 2 həftə əvvəl 65 yaşlı kişiyə ürək köçürməsi edib. Ceroza bildirib ki, adətən ürək döyüntüsüz və hərəkətsiz halda çıxarılıb köçürülür.

Lakin bu dəfə əməliyyat müddətində ürək döyüntüsü orqanın çıxarılmasından imptantasiyasına qədər davam etdi.

Kardiocərrah bunu tibdə inqilabi adlandırıb. O hesab edir ki, belə olan halda ürək daha canlı olur, qorunur və ürəyi daşıyacaq insanın ömrü də uzun ola bilər.

Belə halda ürəyin işemiyasının qarşısını alınır. 

Qeyd edək ki, ürək donordan alınıb. Xəstə isə yaxşıdır və Milad bayramında evində olacaq.
Seçilən
11
1
sherg.az

2Mənbələr