1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail ordusu hesab edir ki, Suriyada həyata keçirilən uğurlu hava zərbələrindən sonra İrandakı nüvə obyektlərinə zərbə endirmək üçün yeni imkanlar yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun "Qaley IDF" radiosu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin bir sıra hərbi strukturları, o cümlədən ordu, Tehranla bağlı qərar qəbul etmək üçün ölkənin siyasi rəhbərliyinə müxtəlif variantlar təqdim etmək məqsədilə kəşfiyyat və müdafiə strukturları arasında koordinasiyalı fəaliyyət həyata keçirir.
Eyni zamanda qeyd olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemlərinin 80%-i İsrailin hava hücumları nəticəsində məhv edilib.
Məlumata görə, bir neçə il əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail aviasiyası üçün ciddi təhlükə yaradıb. Lakin hazırkı şəraitdə vəziyyət dəyişib, Suriyanın hava məkanı uçuşlar üçün açıq elan olunub.