AZ

Daha iki ölkə Şengenin tamhüquqlu üzvləri oldu



Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri oldu.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, hər iki ölkə quru yolu ilə Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına qoşulub.

Belə ki, Avropa İttifaqı ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.

İki ölkə martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilib.

Bolqarıstan və Rumıniya Şengendə iştirakına görə sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən bloklanıb.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar.

Anar Əliyev
Seçilən
24
2
newscenter.az

10Mənbələr