Xəbər verdiyimiz kimi, “Inter Mayami"nin əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasim keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnədə "Natiq" ritm qrupu görünüb.
Onların çıxışından sonra müğənni Villi Villiam tamaşaçıların qarşısına çıxıb. Fanatlar həm onun ifalarını, həm də DJ-in performansını çoşğu ilə qarşılayıblar.
Bunun ardınca onun futbolçu karyerasına həsr olunan "Argentina futbolunun xilaskarı" sənədli filmi nümayiş etdirilib.
Ekran işində Messinin karyerasında futbol əfsanəsi Dieqo Maradonanın rolundan və ona göstərdiyi dəstəkdən də bəhs olunur.
Film yekunlaşdıqdan sonra Lionel Messi və onunla eyni komandada çıxış edən Xordi Alba, Serxio Busqests və Luis Suarez səhnəyə çıxıblar.
Aparıcı aparıcı Murad Dadaşov 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq dastanı yazan şəhidlərimizin övladlarını da səhnəyə dəvət edib.
Onlarla əfsanəvi futbolçuların görüşündən sonra xatirə fotosu çəkdirilib. Sonda tamaşaçılara tərəf əfsanəvi futbolçuların imzaları olan futbol topları atılıb.
"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım” - deyə Bakı Kristal Zalında fanatları ilə görüşü zamanı əfsanəvi futbolçu Lionel Messi bildirib.
“Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm", - futbolçu vurğulayıb.