AZ

Tramp Bayden administrasiyasının Rusiya barədə qərarını tənqid etdi

Co Bayden administrasiyasının ABŞ-nin Ukraynaya verdiyi raketlərdən Rusiya ərazisində istifadə etməyə icazə verməsi çox təhlükəli və axmaq qərardır. Metbuat.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp belə deyib. Tramp onu “İlin adamı” seçən “Time” jurnalına müsahibəsində bildirib ki, Ukraynanın ABŞ raketləri ilə Rusiyaya hücum etməsi təhlükəli eskalasiyadır. Daha əvvəl vəzifəyə başlayacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyini bəyan edən Tramp, bu məsələnin Yaxın Şərqdəki problemlərdən qat-qat çətin olduğunu bildirib. Ukraynanın Rusiyaya uzaqmənzilli raketlər atmasına icazə verməsi fikri ilə qətiyyən razılaşmadığını vurğulayan Tramp, "Niyə bunu edirik? Biz yalnız bu müharibəni qızışdırırıq və daha da pisləşdiririk. Buna icazə verilməməli idi” - deyə ifadə edib.

Rusiya ilə Ukrayna arasında razılığa gəlmək istədiyini bildirən Tramp, “Ukraynadan ayrılacaqsanmı?” sualına, “Mən razılığa gəlmək istəyirəm və razılaşmanın tək yolu ondan əl çəkməməkdir” - deyə cavab verib.

Seçilən
28
25
metbuat.az

10Mənbələr