AZ

Əsəd, görün, hansı “xəttə” xidmət edirmiş – Manqasaryan

Suriyada yalnız İran və Ermənistan deyil, Hindistan da “uduzan tərəf” sayılır.
 
Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryanın yerli mediaya müsahibəsində toxunduğu bəzi məqamlar təsdiqləyir.
 
Onun sözlərindən belə məlum olur ki, hər zaman Ermənistanı dəstəkləyən Bəşər Əsəd rejimi İranın təlqini ilə Pakistan əleyhinə də mövqe tutub.
 
“Əsəd Kəşmir məsələsində Hindistanın mövqeyini dəstəklədi. O, son illərdə xarici siyasətində Hindistanla yaxınlaşma nümayiş etdirirdi. Suriyanın (Əsəd tərəfindən) yenidən qurulması layihələrində Hindistan özünü iqtisadi və diplomatik tərəfdaş kimi təqdim edirdi”, - Manqasaryan bildirib.
 
Hərbi ekspert dolayısı ilə təsdiqləyib ki, Suriyanın Ermənistanı, Kəşmir məsələsində isə Hindistanı dəstəkləməsi və bunu açıq ifadə etməsi İranın təlqini ilə baş verib.
Seçilən
609
1
moderator.az

2Mənbələr