AZ

Alimlər ürəkdə "Mini Beyin" aşkar ediblər

Ürəyin yalnız beyin tərəfindən idarə olunduğu fikri elm adamları tərəfindən əldə edilmiş təəccüblü kəşflə dəyişir.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, İsveçin Karolinska İnstitutunun və ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər. "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Uzun illər ürəyin beyinlə əlaqəli avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü.

Ancaq araşdırmalar göstərdi ki, ürək divarındakı bu neyron şəbəkəsi düşünüldüyündən daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

Karolinska İnstitutundan dosent Dr. Konstantinos Ampatzis deyib: "Beyin nəfəs alma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, bu kiçik beyin ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır".

Tədqiqatla ürəkdə müxtəlif funksiyaları olan bir neçə növ neyron müəyyən edilib. Bunlardan biri ürəyin “təbii stimulyatoru” kimi fəaliyyət göstərən bir qrup neyrondur. Bu kəşf ürək ritminin necə idarə olunduğuna dair mövcud baxışları dəyişdirir və yeni klinik üfüqlər açır.

Tədqiqat insan ürəyinə oxşar ritmlərə və funksiyalara malik zebra balığı üzərində aparılıb. Tədqiqatçılar təkhüceyrəli RNT ardıcıllığı, anatomik tədqiqatlar və elektrofizioloji üsullardan istifadə edərək, ürəkdəki neyronların quruluşunu, təşkilini və funksiyasını xəritələşdiriblər.

"Biz məşq, stress və ya xəstəlik kimi müxtəlif şərtlər altında ürəyin neyron şəbəkəsi ilə beyin arasındakı qarşılıqlı əlaqəni araşdırmağa davam edəcəyik. Ürəyin neyron şəbəkəsindəki pozğunluqların müxtəlif ürək xəstəliklərinə necə kömək etdiyini araşdıraraq yeni müalicə hədəflərini müəyyənləşdirməyi hədəfləyirik.", - deyib Dr.Ampatzis.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
19
4
ikisahil.az

8Mənbələr