AZ

Ötən gün 39 cinayətin üstü açılıb - DİN

Bakı. Trend:

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 29, əvvəlkidövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədənborclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Seçilən
14
14
az.trend.az

10Mənbələr