Bakı. Trend:
Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlkidövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədənborclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 50 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.