AZ

Borca görə axtarışda olan daha 92 nəfər saxlanıldı -BİR GÜNDƏ

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Senzor.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 50 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Seçilən
5
22
senzor.az

10Mənbələr