AZ

Borca görə axtarışda olan daha 92 nəfər saxlanıldı - BİR GÜNDƏ

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Korrespondent.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 50 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Seçilən
3
22
korrespondent.az

10Mənbələr