AZ

Suriya İsraili sabitliyi pozmaq cəhdində ittiham edib

Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin keçmiş rəhbəri Məhəmməd Sabra İsraili ölkədə sabitliyin bərqərar olmasına mane olmaqda ittiham edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Sabra İsraili Suriyanın daxili işlərinə müdaxilə etməkdə günahlandıtrıb.

“İsrailin hərəkətləri təkcə beynəlxalq hüququ pozmur, həm də Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı tamhüquqlu təcavüz aktıdır”, deyə siyasətçi vurğulayıb.

Sabranın sözlərinə görə, İsrailin hücumlarını dayandırmaq üçün BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasının dəstəyi lazımdır. Sabra qeyd edib ki, indiki mərhələdə Suriya heç bir ölkə ilə müharibə istəmir və buna görə də BMT Təhlükəsizlik Şurası və Ərəb Liqasından İsrailin əsassız hücumlarına müdaxilə edib, dayandırılmasını istəyir.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Suriya Ərəb Respublikasının hərbi potensialını məhv etdiyini bildirib. İsrail ordusu həmçinin Suriyanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatının 90%-dən çoxunun məhv edildiyini açıqlayıb.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr