"Milan"ın hücumçusu Tammi Abraham komandanın çətinliklərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şira 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, bu, psixi problemlərlə bağlıdır. Biz düzgün köklənməyi öyrənməliyik və hər matça sonuncu matçımız kimi girməliyik. “Real Madrid”ə qarşı inanılmaz oynadıq, “Srvena Zvezda”ya qarşı isə daha pis idi. Biz bütün oyunlara eyni cür yanaşmaq lazımdır”
“Rossoneri” hazırkı baş məşqçi Paulo Fonsekanın rəhbərliyi altında sabitlik tapa bilmir. Komanda hazırda A Seriyasının turnir cədvəlində 1 oyunla lider Atalantadan 12 xal geri qalaraq 7-ci yerdədir.