Dekabrın 26-dan etibarən Quql Pley proqramlar mağazası Rusiyada vəsait çıxarmaq üçün bank hesabları olan rus tərtibatçılara xidmət göstərməyi dayandıracaq.
Axar.az xəbər verir ki, bu barədə “Habr” portalı məlumat yayıb.
“25 dekabr 2024-cü il tarixindən sonra siz artıq dünya üzrə satışlardan gəlir əldə etməyəcəksiniz. 15 yanvar 2025-ci il tarixində bütün Quql Pley əməliyyatları üçün son ödənişləri alacaqsınız”, - məlumatda deyilir.
Qeyd olunur ki, dekabrın 26-dan bazarda monetizasiya onlar üçün mümkün olmayacaq. Bu tarixdən etibarən istifadəçilərin rus tərtibatçılardan ödənişli proqramlar almaq cəhdləri rədd ediləcək. Eyni şey tətbiqdaxili alışlar etmək və abunəlikləri yeniləmək cəhdlərinə də aiddir (“Quql Pley Ödənişlər” vasitəsilə ödəniş etməklə).