AZ

Naxçıvanda hərrac gəlirləri 4,1 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-noyabr aylarında keçirilən hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar ötən illə müqayisədə 4,1 dəfə artaraq 1 milyon 371,8 min manat, bələdiyyələr üzrə daxilolmalar isə 2,1 dəfə artaraq 409,7 min manat təşkil edib.

Fins.az bu barədə Muxtar Respublikanın Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılovun açıqlamalarına istinadən xəbər verir.

Nazirin müavini qeyd edib ki, hesabat dövründə hərraclar vasitəsilə kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından ümumilikdə 898,1 min manat vəsait əldə olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 dəfə çoxdur.

phrase_var_article.chosen
14
1
fins.az

3phrase_var_article.sources