AZ

Dəməşqdə Kalını daşıyan maşını HTŞ lideri Colani sürüb?


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın dünən Suriyaya gedib və Bəşər Əsədin cihadçılar tərəfindən devrilməsini qeyd etmək üçün Əməvi məscidində namaz qılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada yayılan bəzi görüntülərə əsasən, Kalının paytaxt Dəməşqdə mindiyi avtomobili Türkiyənin terror təşkilatı kimi tanıdığı “Heyət Təhrir əl-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Colaninin idarə etdiyi iddia edilib.
Sosial mediada yayılan görüntülərdə Kalının ön oturacaqda oturduğu və uzun saqqallı bir adamın nəqliyyat vasitəsini idarə etdiyi görünür.
Öndən çəkilən və eyni avtomobil olduğu iddia edilən görüntülərdə Colani sürücü oturacağında oturur.
Avtomobilin ətrafında çoxlu silahlı mühafizəçilərin olduğu qeyd edilib.
Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra İŞİD lideri Bağdadinin göstərişi ilə Suriyaya gedən Colani daha sonra “Əl-Qaidə”nin Suriya qolu olan “Əl Nusra”nı qurub. 2016-cı ildə Colani “Əl-Qaidə” ilə əlaqələrini kəsdiyini və HTŞ-ni qurduğunu açıqlayıb. Türkiyə HTŞ-ni 2019-cu ildə terror təşkilatı kimi tanıyıb.
Seçilən
20
yeniavaz.com

1Mənbələr