AZ

Məşhur telekanallar BAĞLANIR - Səbəb...

Gürcüstanın iki ən böyük müxalif televiziya kanalından biri olan "Mtavari" fəaliyyətini dayandıracağını elan edib.

Titul.az musavat.com-a istinadən xəbər verir ki, kanalın rəhbərliyi bağlanma qərarını maliyyə problemləri və hökumətin müstəqil medianı sıxışdırması ilə əlaqələndirib.

Bildirilir ki, kanal uzun müddətdir təzyiqlərlə üzləşir və bu təzyiqlər nəticəsində reklam gəlirlərində azalma baş verib.

Eyni zamanda, digər qərbyönümlü müxalif televiziya kanalı olan Formula TV də bağlanmaq təhlükəsi ilə üz-üzədir. Formula TV-nin rəhbərliyi də oxşar problemlərdən şikayətlənib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
22
4
titul.az

5Mənbələr