Noyabrın 27-də əməliyyatlara başlayan H*TŞ-nin başçılıq etdiyi müxalif qruplar 12 gün ərzində paytaxt Dəməşqə irəliləyərək 61 illik Baas rejiminə son qoyub. Müxalifət Dəməşqə gəldikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə tələsik Rusiyaya qaçıb. Əsədin Rusiyaya 135 milyard dollarlıq sərvətlə getdiyi iddia edilib.
News24.az Haberler-ə istinadən xəbər verir ki, qaçaq Əsəd ailəsi ilə bağlı ingilislərdən diqqətçəkən iddialar gəlib. Hazırda Bəşər Əsəd həyat yoldaşı Esma və üç uşağı Hafiz (24), Kərim (21) və Zain (22) ilə birlikdə Rusiyadadır.
Britaniyanın Daily Mail qəzeti iddia edib ki, Əsəd və həyat yoldaşının təxminən 2 milyard dollar sərvətinə sahibdirlər.
Daily Mail həmçinin Əsəd ailəsinin Moskvada təxminən 40 milyon dollar dəyərində ən azı 20 mənzilə sahib olduğunu, Əsədin əmisi Məhəmməd Maxloufun son on ildə Rusiyada 18 dəbdəbəli mənzil aldığını iddia edilib.
Günel Məlikzadə