AZ

SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Bakı. Trend:

SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyinümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

SOCAR-dan Trend-ə bildirilib ki, səfər çərçivəsində “IntesaSanpaolo” bankının və onun törəmə şirkəti olan “Vseobecna Uverova”bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib,əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlımüzakirələr aparılıb.

Görüşdə “Intesa Sanpaolo” bankı ilə SOCAR arasında maliyyəvəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyəbazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcudvə potensial investorlar ilə görüşlər keçirilib.

Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyəgöstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları iləbağlı geniş təqdimat edilib.

phrase_var_article.chosen
21
10
az.trend.az

10phrase_var_article.sources