AZ

Deputat: Tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib

Ümid edirəm ki, 2025-ci il ölkəmizdə böyük islahatlar ili olacaq və bu islahatlar çərçivəsində həm də dövlət hakimiyyətinin həyata keçirilməsindəki ifrat mərkəzləşmə müəyyən mənada aradan qaldırılacaq.

APA xəbər verir ki, bunu parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız şəhərlərin, qəsəbələrin baş planlarını təsdiq etməlidir, tikintiyə icazəni isə yerli dövlət hakimiyyəti orqanları verməlidir: “Baklıda güclü yağış yağanda Binəqədi, Suraxanı və Sabunçu rayonlarında çoxunun sənədləri olmayan birmərtəbəli evlər su ilə doldular və insanlar nə qədər böyük əziyyət çəkdilər, məhrumiyyətlərlə üz-üzə qaldılar: “Bir rəqəmi diqqətinizə çatdırım ki, bu il ötən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5 faiz azalıb. Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib. Ona görə də bu zərurətdən çıxış edərək mən bunu söyləyirəm. Xatırlayırsınızsa büdcə müzakirələri zamanı da çıxışımda söylədim ki, Bakıda, o cümlədən mənim seçildiyim Xətai rayonunun ərazisində bir çox binaların zirzəmiləri su ilə dolub. Bu barədə müvafiq dövlət orqanlarına da rəsmi müraciət eləmişəm. Amma təəssüf ki, problemi aradan qaldırmaq mümkün deyil, həmin binaların həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac var. Həmin 5 və 9 mərtəbəli əksər binalara giriş qapıları yoxdur və insanlar bundan da narahatlıq keçirirlər. Hesab edirəm ki, həmin binaların da tikinti şirkətlərinə verilməsinə böyük ehtiyac var ki, 5 və 9 mərtəbəli binalar tikilsin. Şəhərsalma və Arxitektura Komitəsinin sədri də dünən mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda Bakı şəhərində 200-ə qədər qəzalı bina var. Yəni bu binaların da qısa müddətdə sökülüb, yerində müasir binaların tikilməsi üçün addımlar atılmalıdır. Müəyyən işlər görülür və görülən işlərin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Amma bu işlər həddindən artıq ləng görülür. Sahibkarlar bəzən illərlə gözləməli olurlar ki, onların müraciətlərinə hansısa formada cavab veriləcək, ya yox”.

Seçilən
11
6
apa.az

7Mənbələr