AZ

Suriyalılar dönüş yolunda

Suriyalılar

Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin ardından Əsəd rejiminin süqutu ilə Türkiyəyə sığınan suriyalılar vətənlərinə qayıtmağa başlayıblar.

Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən bildirir ki, Kilis Öncüpınar Gömrük Qapısında sıxlıq yaşayan suriyalılar Geri Göndərmə Mərkəzindəki əməliyyatlardan sonra Suriyaya keçirlər.


13 il əvvəl Türkiyəyə sığınan və Ankaranın Poladlı rayonunda yaşayan Mustafa Sərhan həyat yoldaşı və Türkiyədə doğulan 4 övladı ilə birlikdə məmləkəti Hələbə qayıdanlardandır. Uzun müddət əvvəl gəldiyi Türkiyədə hər zaman mərhəmət və yardım gördüyünü ifadə edən Serhan, "Ankara Poladlıda çox yaxşı yaşadıq. Poladlılara buradan çox təşəkkür edirəm. Bu müddət ərzində çox gözəl dostluq qurduq. 4 övladım da burada dünyaya gəldi. Bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bizə sahib çıxdılar, bunu heç vaxt unutmayacağıq. Suriya da sizin ikinci ölkənizdir. Bunu unutmayın” deyib.

Hələbdə iş yerlərinin və qohumlarının olduğunu bildirən M.Sərhan, qəti şəkildə geri döndüyünü, lakin Türkiyə ilə əlaqələrini kəsməyəcəyini və ticarətə davam edəcəyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edən Sərhan “Bizlərə sahib çıxdı, yanımızda oldu. Heç bir şeyi əskik etmədi, Allah ondan razı olsun" deyə əlavə edib.

Qeyd edək ki, digər qaçqınlar da öz vətənlərinə qayıtmağın vaxtının çatdığını bildirərək Türkiyəyə təşəkkür ediblər.

Seçilən
27
xalqcebhesi.az

1Mənbələr