AZ

“Almaniyada qala bilərlər”- Şolts bu suriyalıları geri göndərmək istəmir

Almaniya kansleri Olaf Şolts Almaniyaya yaxşı inteqrasiya etmiş suriyalı qaçqınları evlərinə göndərmək istəmir.

Azpost.info xəbər verir ki, bu barədə kansler özü açıqlama verib.

O qeyd edib ki, yaxşı inteqrasiya olunmuş, alman dilini bilən və əmək müqaviləsi olan hər kəs Almaniyada özünü təhlükəsiz hiss edə bilər.

“Bu, suriyalılara da aiddir. Biz onlardan işlərini tərk etmələrini və getmələrini tələb etməyəcəyik”, – kansler bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Almaniyada 974 mindən çox suriyalı yaşayır. Federal Məşğulluq Agentliyi yayda 230 min suriyalının işlə təmin olunduğunu bildirib. Təxminən 6 min nəfər həkim işləyir ki, bu da Almaniyada tibb işçilərinin ümumi sayının 1,4 faizini təşkil edir.

Azpost.info

 

Seçilən
7
azpost.info

1Mənbələr