AZ

Həbsdə olan Rəşad Dağlıdan xanımına ad günü SÜRPRİZİ — VİDEO

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib.  

Demokrat.az xəbər verir ki, söz xiridarının oğlu, anasının doğum günü olduğunu bildirib. 

Yusif paylaşımına “Ad günün mübarək, əziz anam. Artıq ikinci doğum günündür ki, atamın göndərdiyi çiçəklər gəlir, özü gələ bilməsə də” sözlərini yazıb. 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Bizim.Media)
 

Seçilən
451
25
demokrat.az

10Mənbələr