AZ

Qusar şəhəri 6 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə görüş olub

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbdə olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.

Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib.

Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı tapşırıq verib.

 

Seçilən
15
1
azertag.az

2Mənbələr