Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb.
Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.