AZ

Rusiya Ukraynanın hücumuna qanlı cavab verdi

Rusiya ordusu ATACMS raketlərinin Taqanroqdakı hərbi aerodromuna hücumuna cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən mühüm yanacaq-energetika infrastruktur obyektlərinə yüksək dəqiqliklə zərbələr endirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Amerikanın uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın yanacaq-energetika infrastrukturunun mühüm obyektlərinə kütləvi zərbələr edirib”, - deyə nazirlikdən bildirib.

Bildirilib ki, zərbələr yüksək dəqiqlikli uzaqmənzilli raket və pilotsuz uçuş aparatları ilə endirilib.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr