AZ

"Arada şayiələr olur, yalandır, inanmayın..." - Gülyanaq Məmmədova

Xalq artisti Gülyanaq Məmmədova "Ay Zaur" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Gülyanaq Məmmədova şəxsi həyatını mediadan uzaq tutduğunu deyib: "Şəxsi həyatımı mətbuata və efirə gətirmirəm və bunu heç vaxt istəməmişəm. Çünki xalqa sənətim, işim, səsim, ifalarım önəmlidir. Ailə tərkibim mənə aiddir. Ailəmə də, həyat yoldaşıma da hörmətimdən bunu etmirəm.
Həyat yoldaşım da ailəsini sevir və kamera önünə çıxmağı sevmir".

Xalq artisti bütün mükafatlarını yuxuda gördüyünü deyib: "Bütün mükafatlarımı öncədən görmüşəm. Yuxularım sanki gələcəyin xəbərçisidir".

Gülyanaq Məmmədova "Rəqabət olmayan yerdə inkişaf da olmaz. İki bacı olsanız da Gülyaz Məmmədova ilə sənət baxımından aranızda rəqabət varmı" sualına cavabda deyib: "Mənə Gülyaz xanımdan yaxın dost ola bilməz. Estrada müğənniləri ilə də yaxın dost ola bilərəm. Amma sənət aləmində öz rəqibimlə yaxın dost ola bilmərəm. Daxildə yaxşı mənada rəqabət olmalıdır.

Gülyaz xanımla biz bacıyıq, bizim aramızda rəqabət mümkün deyil. Mənim ən yaxın dostum, rəfiqəm və ilk ustadım Gülyaz olub. Düzdür, arada şayiələr olur, amma yalandır. Heç nəyə inanmayın".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
37
teleqraf.com

1Mənbələr