Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin keçirdiyi ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində Agentliyin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov deyib.
O bildirib ki, artıq Rəqəmsal Məcəllə razılaşdırılması üçün hökumətə təqdim olunub.