Mən bu mürəkkəb münaqişə vəziyyətlərində Beynəlxalq Ədalət Məhkəməsinin, o cümlədən AİHM-in qərarlarının radikal dəyişikliklərə gətirib çıxara biləcəyini gözləyəcək qədər sadəlövh deyiləm.
Musavat.com erməni mediasına istinadən xəbər veruir ki, bu sözlər Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan tərəfindən səslənib.
Kirakosyan burada Azərbaycana qarşı iddialarını davam etdirəcəklərini bildirib.
Ermənistanın Roma Statutuna qoşulması məsələsinə toxunan erməni rəsmisi Ermənistanda bir çox insanlar bunun səbəbini başa düşmədiyinoi söyləyib. “Ermənistanın bu üzvlükdən gözləntiləri kifayət qədər böyük idi, lakin bu məhkəmənin işi kifayət qədər konkretdir və insanlara bu məhkəmənin nə etdiyini izah etmək lazımdır.
“Mən həqiqətən inanıram ki, hətta Beynəlxalq Cinayət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi də Ermənistanın özünü necə aparacağına çox böyük təsir göstərəcək. Beynəlxalq Cinayət Məhkəməsi ölkələri idarə edən şəxslərin üzərinə fərdi cinayət məsuliyyəti qoyur”, - deyə, o bildirib.
Qeyd edək ki, Ermənistanın Beynəlxalq Conayət Məhkəməsinə qoşulmasına ən çox Rusiya sərt münasibət göstərib.
Musavat.com