AZ

Geri qayıdan suriyalılar 1000 avro alacaq

Avstriya dövləti ölkələrinə qayıdacaq hər bir suriyalıya 1000 avro məbləğində birdəfəlik ödəmə verəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer məlumat verib.

 

Kansler Avstriyada Suriya vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı əvvəlki prosedurların dayandırılacağını bildirib. Suriyalı qaçqınların Suriyaya qayıtması ilə bağlı müzakirələr dekabrın əvvəlində Bəşər Əsədin devrilməsindən sonra baş verib.

 

Qeyd edək ki, oxşar təkliflə Avropanın başqa bir neçə ölkəsi də çıxış edib. Avropada ümumilikdə 1,3 milyona yaxın suriyalının məskunlaşdığı bildirilir.

 

Vasif

Seçilən
5
sfera.az

1Mənbələr