AZ

Suriyada daha bir strateji nöqtə PKK terrorçularından AZAD EDİLDİ – VİDEO

Suriya Milli Ordusunun (SNA) başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Tişrin bəndi PKK/YPG terror təşkilatından azad edilib.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Münbiç mahalının cənubunda yerləşən və Fərat çayı üzərindəki mühüm hidravlik sistemlərdən biri olan Tişrin bəndi indiyə qədər azad edilmiş ən böyük və ən əhəmiyyətli sahədir.
 

Qeyd edək ki, Suriyanın elektrik ehtiyacının təxminən 70 faizi Tişrin, Tabqa və Baas bəndləri vasitəsilə ödənilir. Sözügedən bənd əyalətin su və elektrik təchizatının böyük hissəsini təmin edir.


Fərat çayının qərb sahilində yerləşən Tişrin bəndi 27 dekabr 2015-ci ildə ABŞ-ın dəstəyi ilə PKK/YPG tərəfindən ələ keçirilib.

Bənd Fəratın qərbində terror təşkilatının işğal etdiyi ilk nöqtə hesab olunurdu. ABŞ 2016-cı ilin yanvarında bənddə baza yaradıb.


Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr