Dövlət Komitəsi yanında İctimai Şura yenidən formalaşdırılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu prosesi başlayıb.
Reyting.az xəbər verir ki, bu məqsədlə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.
Bildirilib ki, Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 14-də başlanacaq.
Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri 2025-ci il yanvarın 14-dək (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.