AZ

ABŞ nəşri elan etdi: Ukraynada müharibə bu tarixdə bitəcək

  “Ukraynada münaqişə 2025-ci ildə bitəcək”.

Bu barədə  “The New York Times” nəşri məlumat dərc edib.

Nəşr 2025-in  “danışıqlar ili” olacağını yazıb.

“Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Rusiya və Ukrayna arasında sülh danışıqlarını sürətləndirəcək. Üstəlik, Trampın özü də döyüşlərə son qoya biləcəyini iddia edirdi. Bu, respublikaçının danışıqlara mümkün qədər tez başlamaq istəyini göstərir”.

Məqalə müəllifi Ukrayna ordusunda əsgər çatışmazlığına da diqqət çəkir.

“Bundan əlavə, silah və sursat sürətlə tükənir. Eyni zamanda Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-dan gələn hərbi yardım getdikcə azalacaq. Bütün bunlar Kiyevi Moskva ilə dialoqa girməyə məcbur edəcək. ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək, lakin Kiyev və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq variantını təklif edəcək”, – nəşr vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya ərazi güzəştinə getməsə belə, Kiyevin NATO-ya üzv olması müqabilində hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib./Globalinfo.az  

Seçilən
24
30
referans.az

10Mənbələr