AZ

Millinin sabiq baş məşqçisinə 20 il həbs cəzası verildi

Çin millisinin sabiq baş məşqçisi Li Ti rüşvət vermək və almaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin məlumatına görə, 2015-ci ildən 2021-ci ilə qədər Li Tie ümumilikdə 120 milyon yuan məbləğində rüşvət verib və alıb. Məhkəmə belə nəticəyə gəlib ki, Li rüşvət müqabilində “milli komandaya müəyyən şəxslər seçib”, həmçinin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilə imzalamağa kömək edib.

47 yaşlı mütəxəssis rüşvət almaq və vermək, təşkilatlara və dövlət qulluğunda olmayan şəxslərə rüşvət vermək də daxil olmaqla cinayətlərin birləşməsinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
26
publika.az

1Mənbələr