Aparıcı Ülvira Qarayevanın “Bəs, Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin” sualına Tahir “Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər axı kanal ola bilər. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sayra. “Viniqred” olanda belə olurdu... Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, “Centlemen” müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik... İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır” cavabını verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta