AZ

Suriyadakı yeni administrasiya BMT-yə şikayət etdi

Suriyada qurulan müvəqqəti hökumət İsrailin 1974-cü ildə imzalanan Qüvvələr Ayrılığı Müqaviləsinə məhəl qoymadığını əsas gətirərək BMT-yə şikayət edib.

Turkustan.az xəbər verir ki, 61 illik Baas rejiminin dağılması ilə İsrail Suriyada Hermon dağını işğal etdi və Suriya Ordusunun qalan donanması və hava qüvvələrini hava hücumları ilə böyük ölçüdə məhv etdi. İsrail bu addımı ilə 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozmuş oldu.

İsrail qüvvələri Hermon dağından sonra Suriyanın Quneytra əyalətində irəliləyiş əldə edərək Dəməşq çölünə çatıb. Suriyada idarəçiliyi öz üzərinə götürən müvəqqəti hökumət İsrailin 1974-cü il Qüvvələrin Ayrılması Müqaviləsini pozduğunu əsas gətirərək BMT-yə müraciət edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Qusay əl-Dəhhakın etdiyi şikayətdə: "İsrail Hermon dağı və Quneytra valiliyi bölgələrini şiddətli bombardmanlarla işğal etdi. İşğal hazırda davam edir və İsrail bölgədəki mülki əhalini hədəf alır. Suriya, Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasından "Biz Türkiyədən üzərinə düşən vəzifələri yerinə yetirməsini və Suriya ərazisinə işğal və hücumları dayandırmaq üçün tədbirlər görməsini tələb edirik"-deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
55
7
turkustan.az

7Mənbələr