AZ

Gəmilərə xəbərdarlıq edildi – Fırtına olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
İndex.az agentliyə istinadən xəbər verir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək.
Xəbərdarlıqda deyilir ki, küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.

Seçilən
763
49
index.az

10Mənbələr